Arzu Əliyeva Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamında iştirak edib (FOTO)


Digərləri 15 Sen 2018 10:16:39 312 0

Arzu Əliyeva Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamında iştirak edib (FOTO)

Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib.

Bakı. Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, "Bakcell" şirkətinin sponsorluğu ilə baş tumuş tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak edib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaq idi. Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin səlnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizim dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.