Səbail Zirə-ni qəbul edir


İdman 15 Sen 2018 09:33:00 198 0

Səbail Zirə-ni qəbul edir

Topaz Premyer Liqasında dördüncü turun oyunları davam edir.

Goal.az-ın məlumatına görə, ikinci oyun günündə də 1 qarşılaşma keçiriləcək. "Səbail" öz meydanında "Zirə" ilə qarşılaşacaq. Bu, Samir Abasovun "Zirə"nin baş məşqçisi kimi debüt matçı olacaq. 

Qarşılaşmadan öncə statistika da "Zirə"nin xeyrinədir. Belə ki, ötən mövsüm tərəflər 4 dəfə üz-üzə gəliblər ki, bu matçlarda "Səbail"in qazancı cəmi 1 xal olub. 3 matçda "Zirə" qalib gəlib. 

Qeyd edək ki, turun digər son iki oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası

IV tur

15 sentyabr (şənbə)

20:30. "Səbail” - "Zirə”
Hakimlər:
 Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev

“Bayıl Arena”


16 sentyabr (bazar)

19:00. "Sabah” - "Qəbələ”
Hakimlər:
 Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə

“Əlincə Arena”

21:00. "Neftçi” - "Keşlə”
Hakimlər:
 Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov

"Bakcell Arena”


14 sentyabr (cümə)

"Qarabağ” - "Sumqayıt” - 1:0 
Qol: 
Ozobiç, 21-pen