Qarpızın möcüzəvi faydaları


Digərləri 15 Sen 2018 08:55:00 281 0

Qarpızın möcüzəvi faydaları

Azərbaycan təbiəti bizi dadlı nemətlərlə yanaşı müalicəvi xüsusiyyətlərə malik bitki, meyvə - tərəvəzlə təmin edib. Orqanizm üçün olduqca faydalı sayılan qarpız da belə bitkilərdəndir. Bir çox dərdlərin dərmanı olan qarpızı nə qədər imkan var bol - bol yeyin. Bostan bitkiləri içərisində qarpız dadı ilə yanaşı, müalicəvi əhəmiyyətinə görə də fərqlənir. Tərkibində olan şəkər, qlükoza, B, C vitaminləri, dəmir və kalsium duzları sayəsində qarpız orqanizmdə olan bir çox narahatlıqları aradan qaldırmağa kömək edir. Bədənə sərinlik verir, susuzluğu aradan qaldırır. Onun qan təzyiqini, ürəyin funksiyasını yaxşılaşdırmaqla bərabər orqanizmin təmizlənməsi baxımından da böyük rolu var. Əsasən böyrəkdəki daşları və duzları tökür.

Terapevt Məlahət Qəhrəmanova böyrək xəstələrinə qarpızı səhərlər acqarına yeməyi məsləhət görür: "Amma qarpızı soyuducuda saxlamamaq şərtdir. Qarpızı soyuducudan çıxarıb buz kimi yemək özü də müəyyən fəsadlar verə bilər. Tərkibinin 85-90 %-i minerallar, vitaminlərlə zəngin mayedən ibarət olan qarpız böyrəklərin işini aktivləşdirir ki, bu zaman orada yığılan duz və ya qumlar xaric olmağa başlayır. Böyrəkləri təmizləmək üçün təbabətdə qarpızdan müxtəlif istifadə qaydaları mövcuddur. Qısa resept demək istəyirəm; qarpız bütöv halda - qabığı və tumları ilə bərabər doğranıb qazana yığılır. Mət halına, bəhməz halına düşənə qədər qaynadılır. Bir bankaya yığıb saxlanır. Böyrək daşının müalicəsi üçün bir porsiya halında hər gün, duz kristalıdırsa, onu porsiyalara bölüb gün ərzində içmək mümkündür."

Xeyirli cəhətlərinə baxmayaraq qarpızın həddindən artıq yeyilməsi xoşagələn nəticələr vermir. Məlahət Abbasova qarpızdan lazımi qədər istifadə edilməsini məsləhət görür: "Xeyirdir deyə həddindən artıq qəbul etmək olmaz. Bu, iri böyrək daşı olan xəstələrdə narahatlığa gətirib çıxarır. Daş tərpənərsə və ya sidik kanalına düşərsə təbii ki, narahatlıq yarana bilər".