Facebook "pis" şəkilləri seçəcək


Digərləri 15 Sen 2018 08:31:00 289 0

Facebook "pis" şəkilləri seçəcək

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə birgə işlənib hazırlanmış "Rosetta" neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.   Son.az ICTnews-a istinadən bildirir ki, süni intellekt real vaxt rejimində "Facebook" və "Instagram"ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.   "Facebook"un nümayəndələri dəqiqləşdiriblər ki, "Rosetta" neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkəsi, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.   Sözügedən neyron şəbəkəsinin əsasını 2015-ci ildə "Facebook"un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda "Rosetta" bir neçə dili tanıya bilir.