Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb FOTO VİDEO


Dünya 15 Sen 2018 08:01:00 374 0

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb  FOTO  VİDEO

Paris şəhərində uşaqlar Azərbaycan məktəbində yeni tədris ilinə başlayıblar.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə fəaliyyət göstərən məktəbdə Paris və ətraf ərazilərdə yaşayan 5-12 yaşlı uşaqlar təhsil alırlar.

Şagirdlərə Azərbaycan dili ilə yanaşı, tariximiz, coğrafiyamız, ədəbiyyatımız tədris edilir, zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəst-xətti olan mütəfəkkirlərimiz haqqında məlumat verilir.


Xəbərə aid video


Xəbərə aid fotolar