Gəncədə ailə qəzaya düşüb


Digərləri 15 Sen 2018 07:55:00 257 0

Gəncədə ailə qəzaya düşüb

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Gülüstan qəsəbəsində "VAZ-2106" markalı avtomobil hərəkətdə olan mikroavtobusa dəyib.

Nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb. Onun 1991-ci il təvəllüdlü sürücüsü Elzamin Baxışəliyev və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı xəsarət alıb. Hər üç şəxs xəstəxanaya aparılıb. Onlardan E.Baxışəliyevin vəziyyətinin qənaətbəxş, yoldaşı və övladının vəziyyətinin isə normal olduğu bildirilir.

İlkin məlumata görə, qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.