Bakının bolşevikdaşnak işğalından azad edilməsindən 100 il ötür


Digərləri 15 Sen 2018 00:05:00 123 0

Bakının bolşevikdaşnak işğalından azad edilməsindən 100 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

Son.az Trend-ə istinadən bildirir ki, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Azərbaycanda Bilik Günü qeyd olunur like
  • 15 Sen 00:02  
Digərləri Azərbaycanda Bilik Günü qeyd olunur

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

arrow Ətraflı
Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür like
  • 15 Sen 00:01  
Digərləri Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən

arrow Ətraflı
Günün qoroskopu: dözülməzlik fonunda münaqişə və mübahisələr yaranacaq like
  • 15 Sen 00:01  
Digərləri Günün qoroskopu: dözülməzlik fonunda münaqişə və mübahisələr yaranacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Gül mağazalarında canlanma var like
  • 14 Sen 23:58  
Digərləri Gül mağazalarında canlanma var

Son.az bildirir ki, sabah ölkədə qeyd olunacaq "Bilik günü" ilə

arrow Ətraflı
Avtomobil almaq istəyənlər  diqqətli olun!  VİDEO like
  • 14 Sen 23:54  
Digərləri Avtomobil almaq istəyənlər diqqətli olun! VİDEO

1 milyon kilometrə yaxın yürüşlə satışa çıxarılan avtomobil 10 gün s

arrow Ətraflı
Yenicə boşanan Demet Türkiyəni tərk etdi like
  • 14 Sen 23:50  
Digərləri Yenicə boşanan Demet Türkiyəni tərk etdi

Müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtdan boşandıqdan sonra Ameri

arrow Ətraflı
"İrşad Telekom"un rəhbəri dünyasını dəyişdi like
  • 14 Sen 23:47  
Digərləri "İrşad Telekom"un rəhbəri dünyasını dəyişdi

Son.az avropa.info-ya istinadən bildirir ki, hadisə təqribən 3 saat öncə b

arrow Ətraflı
Balıq bazarında canlanma yaranıb like
  • 14 Sen 23:42  
Digərləri Balıq bazarında canlanma yaranıb

Balıq bazarında canlanma yaranıb. Son.az bildirir ki, alıcılıq qabiliyyət

arrow Ətraflı
"Facebook" "Rosetta"nı istifadəyə verib like
  • 14 Sen 23:40  
Digərləri "Facebook" "Rosetta"nı istifadəyə verib

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə

arrow Ətraflı
Azərbaycan neftinin SON QİYMƏTİ like
  • 14 Sen 23:36  
Digərləri Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı