Dünya üzrə xərçəngə tutulan və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı açıqlanıb


Dünya 14 Sen 2018 23:49:00 491 0

Dünya üzrə xərçəngə tutulan və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı açıqlanıb

Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri profilaktikanın onkoloji xəstəliklərin yayılmasına qarşı ən effektiv mübarizə üsulu olduğunu bildiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər beş kişidən biri və hər altı qadından biri ömürlərinin hansısa mərhələsində xərçəngə tutulacaq. Bunu Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri 2018-ci ilin göstəricilərinə əsaslanaraq bildiriblər. Lakin, bu xəstəliyin bir neçə növündə qeydə alınan geriləmələr və dünya səhiyyəsinin inkişaf etməsi onkoloji xəstəliklərdən əziyyət çəkən bəzi insanların ömrünü uzatmağa kömək edir.

Mütəxəssislərin hesablamalarına görə bu il bütün dünyada 18 milyondan artıq insana xərçəng diaqnozu qoyulub və bu xəstəlikdən ölənlərin sayı 9,6 milyona çatıb. Lakin ümidverici statistika da var: ilkin diaqnozdan sonra beş il yaşayanların sayı 43,8 milyona çatıb. Yəni, xüsusilə inkişaf etmiş ölkələrdə tibb irəliləməyə davam edir. Ümumilikdə bu xəstəlik yaşla əlaqədardır-xərçəng riski yaşla bərabər artır.

Onkoloji xəstələrin demək olar ki, yarısı Asiya ölkələrinin payına düşür. Bu da əsasən yer kürəsi əhalisinin 60 faizdən çoxunun dünyanın bu hissəsində yaşaması ilə əlaqədardır. Dünya əhalisinin yalnız doqquz faizindən ibarət olmasına baxmayaraq, Avropalılar bu göstəricinin 23,4 faizini təşkil edir.

Ümumi göstəricilərə əsasən inkişaf etməkdə olan ölkələrə nisbətən aparıcı dövlətlərdə xəstələnmə sayı bir neçə dəfə çoxdur. Lakin buna baxmayaraq Afrika və Asiyada yerləşən, az inkişaf etmiş ölkələrdə bu xəstələrin sağalma şansı daha azdır.

Ən geniş yayılmış onkoloji xəstəliklərin ilk üçlüyünü ağciyər, döş və bağırsaq xərçəngləri təşkil edir. Xərçəngin bu növləri öldürücü ilk beş xəstəlik siyahısına da daxil edilib.