Məhsul bol olsa da, alıcı tapılmır VİDEO


Digərləri 14 Sen 2018 23:29:00 266 0

Məhsul bol olsa da, alıcı tapılmır  VİDEO

Məhsul bol olsa da, alıcı tapılmır. Son.az bildirir ki, Qubada alma yığımına start verilib. Fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Ardınca isə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

Əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirməyi bacarıblar.

Bu il məhsul bol olsa da, alıcı azdır. Fermerlərin sözlərinə görə, Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hazırda isə rus pulunun məzənnəsinin aşağı düşməsi meyvənin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.