Yağlı süd məhsulları ömrü uzadır


Digərləri 14 Sen 2018 23:31:00 322 0

Yağlı süd məhsulları ömrü uzadır

Mütəxəssislər pəhriz saxlayanların kaloriləri süd məhsullarının daha az yağlılarından istifadə etməklə azaltmalarının yanlış olduğunu bildiriblər. Belə ki, süddən hazırlanmış qidaların daha yağlıları ömrü 25 faiz uzatmağa kömək edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bu qənaətə 21 ölkədən olan 130 nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində gəliblər. Alimlərin fikrincə, yüksək kalorili süd məhsulları ürək-damar xəstəliklərinin qarşısını alır. Bu məhsulların arasında orqanizmə ən müsbət təsir göstərən isə yağlı süd və yoqurtlardır. Daha yağlı süd qidaları ürək patologiyalarından qorumaqla ömrü 25 faiz uzatmağa kömək edir. Alimlər bütün pəhriz saxlayanları kaloriləri süd məhsullarının deyil, digər qidaların hesabına azaltmağı məsləhət görürlər. Bu, karbohidratlar və ya qırmızı ət ola bilər.