KXDR Cənubi Koreyanı Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırır


Dünya 14 Sen 2018 23:22:00 257 0

KXDR Cənubi Koreyanı Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırır

KXDR Cənubi Koreyanı hər iki dövlət başçısının 2018-ci ilin aprelində qəbul etdiyi Panmuncom deklarasiyasını təcili reallaşdırmağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məqalə sentyabrın 14-də "Nodon sinmun" qəzetində dərc olunub.

"Pxenyan və Seul qarşılıqlı münasibətlərin normalaşması üçün vəziyyətə və şəraitə baxmadan ardıcıl səy göstərməli və səmimi olaraq Panmuncom deklarasiyasının müddəalarını icra etməlidir", - məqalədə belə deyilir. Nəşr xüsusilə "koreyalararası münasibətlərdə kənar müdaxilələrdən yayınmağın" vacibliyini vurğulayır.

Qəzetdə qeyd olunur ki, hər iki tərəf "tarix qarşısında öz məsuliyyətini dərk etməli, həmçinin Şimal və Cənub münasibətlərində irəliləyişə nail olmaqla Koreya xalqının arzularını yerinə yetirməlidir".