Avstraliyada turistlər kimsəsiz adada qalıblar


Digərləri 14 Sen 2018 23:13:00 273 0

Avstraliyada turistlər kimsəsiz adada qalıblar

Dörd nəfər turistdən ibarət qrup avadanlığın yığıldığı hava doldurulmuş sal vasitəsilə Avstraliyanın Kvinslend ştatındakı kimsəsiz Qloster adasına üzüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, salda deşik olduğuna görə o, tezliklə batıb.

Turistlərin köməyinə Qloster adasında rabitənin olması çatıb və onlar sosial şəbəkələr vasitəsilə köməyə ehtiyacları olduqlarını bildiriblər.