Şirin və cır narın müalicəvi təsiri


Digərləri 14 Sen 2018 23:18:00 291 0

Şirin və cır narın müalicəvi təsiri

Nar min bir dərdin dərmanı sayılır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun müalicəvi xassələri hələ eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. Özündə kalium, dəmir, kalsium, fosfor, minerallar, C, B1, B2 vitaminləri ehtiva edən narın şirəsindən ürək ağrıları zamanı və öskürək əleyhinə dərman kimi istifadə olunur. Qabıq və çiçəklərinin dəmləməsi boğaz ağrıları zamanı qarqara kimi tətbiq edilir. Bu məhlul diş əti iltihabı zamanı da əvəzsiz vasitədir.

Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. İmmun sistemi gücləndirir, xərçəng xəstəliyindən qoruyur, təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Həmin xüsusiyyətlərinə görə nar, ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Tərkibi antioksidantlar və virus əleyhinə bakteriyalarla zəngin olan nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Gün ərzində bir stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır.