Tənhalıq hissi özünə qapanmanı artırır


Digərləri 14 Sen 2018 23:01:00 310 0

Tənhalıq hissi özünə qapanmanı artırır

Özlərini tənha hiss edənlər onlara doğma olan insanlardan daha çox uzaqlaşmaq istəyirlər. ABŞ-ın Çikaqo Universitetinin mütəxəssisləri apardıqları tədqiqatların nəticəsində bu qənaətə gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər 600 nəfərin iştirak etdiyi iki araşdırma aparıblar. İştirakçılar əvvəlcə özlərini nə qədər tənha hiss etdiklərini bildirən testdən keçiriliblər. Sonra psixoloqlar könüllülərin dost, qohum, tanış və özlərinə yad olan insanlara nə qədər yaxın məsafədə dayanmaq və ya oturmaq istədiklərini müşahidə ediblər.

Məlum olub ki, çox güclü tənhalıq hissi insanı ən doğmalarından iki dəfə uzaqlaşdırır. Bu hissin güclü olması insanlarla aradakı məsafəni artırmağa məcbur edir.