Alimlər: Genlər təhsildə uğurun əsas amillərindən biridir


Digərləri 14 Sen 2018 22:52:00 268 0

Alimlər: Genlər təhsildə uğurun əsas amillərindən biridir

Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, genlər təhsilin səviyyəsinə uzun müddət təsir edən əsas amillərdən biridir. Araşdırmaların bu nəticələrinin uşaqlara faydası ilə bağlı geniş müzakirələr də aparılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlar zamanı uşaqların təhsildə uğur səviyyəsinin üçdəikisinin genlərlə əlaqəli olduğu aşkar edilib. Onların müxtəlif fənlər üzrə qazandığı müvəffəqiyyət də bu amillə bağlıdır.

İngiltərədə aparılan tədqiqatlara 6 min əkiz uşaq cəlb olunub və ibtidai sinifdən orta təhsili tamamlayana qədər onların qazandığı uğurlar araşdırılıb. Məlum olub ki, ibtidai sinifdə yaxşı oxuyan uşaqlar məktəbi bitirdikdə də yüksək nailiyyət qazanıblar. Tədqiqatda əkizlərin iştirakının səbəbi isə onların genlərinin tamamilə uyğun gəlməsidir. Yekun nəticələrə görə, onların uğurlarının 70 faizi genlərin, 25 faizini ailə və məktəb mühitinin, 5 faizi isə müəllim və sinif yoldaşlarının təsiri ilə bağlıdır. Təhsil səviyyəsində fərqləri isə müəllimlərin səviyyəsi və sinif yoldaşlarının təsiri şərtləndirib.