Gözlər üçün faydalı meyvətərəvəzlər


Digərləri 14 Sen 2018 22:48:00 246 0

Gözlər üçün faydalı meyvətərəvəzlər

Bir sıra meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdırır.

Son.az bildirir ki, Bakı şəhər 3 nömrəli poliklinikanın həkim-oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a hansı meyvə və tərəvəzin görmə qabiliyyətinə necə təsir etdiyi barədə məlumat verib.

O bildirib ki, yerkökü karotinoid mənbəyidir və görmə itiliyini artırır. Kəsilmiş malın qaraciyərində olan retinol görmə sinirinin işini yaxşılaşdırır. Yağlı balıq növləri A vitamin və aminturşu mənbəyidir, gözün normal fəaliyyətini təmin edir. İspanaq lüteinlə zəngin olduğuna görə göz bülluru üçün faydalıdır.