Ən az mənfi emosiyası olan insanlar arasında azərbaycanlılar da var SİYAHI


Digərləri 14 Sen 2018 22:32:00 268 0

Ən az mənfi emosiyası olan insanlar arasında azərbaycanlılar da var  SİYAHI

Sosioloqlar 146 ölkə sakinləri arasında sorğu keçiriblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, sorğunun məqsədi insanlar arasında mənfi emosiyaların reytinqini tərtib edib. Məlum olub ki, 2017-ci ildə Mərkəzi Afrika Respublikası, İraq və Sudan vətəndaşları digərlərinə nisbətən daha çox mənfi emosiya ilə rastlaşıblar.

Sorğuda iştirak edənlərin 38%-i narahatçılıq, 37%-i stress, 31%-i isə fiziki ağrı hiss edib. Respondentlərin beşindən biri kədər və qəzəb hiss edib. Ən çox mənfi emosiya indeksi Mərkəzi Afrika Respublikası sakinlərində qeydə alınıb. Bu ölkə sakinlərinin 76 faizi fiziki ağrı, 74 faizi isə güclü narahatçılıq keçirib. Hər iki göstərici son on illiklər ərzində bütün ölkələr arasında ən yüksək nəticədir.