Dişlərin sadə fırçalanması ağızın yalnız 25 faizini təmizləyir


Digərləri 14 Sen 2018 22:34:00 503 0

Dişlərin sadə fırçalanması ağızın yalnız 25 faizini təmizləyir

İnsan nəfəsində hiss olunan xoşagəlməz qoxu qalitoz adlanır.

İnkişaf etmiş ölkələrdə qalitozun yayılma dərəcəsi təxminən 30-65 faiz arasında dəyişir. Ararşdırmalar göstərib ki, ABŞ-da təxminən 60 milyon insan öz nəfəsindən xoşagəlməz qoxu gəldiyini hesab edir. Yaponiyada stomatoloqun yanına daim gedən biznesmenlərin 72 faizi ağzından gələn qoxudan narazıdır.

Son.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: "Qalitozlar üç cür klassifikasiya olunur: patoloji, yəni həqiqi qalitoz. Bu problem zamanı ətrafdakı insanlar tərəfindən xoşagəlməz qoxu həqiqətən hiss olunur, psevdoqalitoz-xəstə tərəfindən pis qoxu kimi qəbul edilən, lakin çox az hiss olunan, praktik olaraq seçilməyən qoxu və qalitofobiya-xəstənin pis qoxunun mövcud olmasına əmin olduğu zaman, əslində nəfəslə verdiyi havada heç bir xoşagəlməz qoxunun olmamasıdır".