Ürək ağrıları və yaranma səbəbləri


Digərləri 14 Sen 2018 22:25:00 269 0

Ürək ağrıları və yaranma səbəbləri

Son vaxtlar Azərbaycanda arterial təzyiqin yüksəlməsi ilə bağlı şikayətlər artıb. Təəssüf ki, bu xəstəlik həm də çox cavanlaşıb.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, tibb elmləri namizədi Arzu Bəydəmirova universitetin mətbuat xidmətinə məlumat verib.

A.Bəydəmirova qeyd edib ki, indi təzyiq yüksəlməsi hallarına hətta 25-40 yaşlı insanlarda da rast gəlinir. Həkim bu xəstəliyin vaxtında aşkarlanması və tədbirlər görülməsi üçün bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görür: "Əgər döş qəfəsində sol qola yayılan, davamlı ağrı varsa, ürəkbulanma və başgicəllənməsi ilə müşahidə edilirsə, bu, arterial təzyiqin yuxarı olması səbəbindən baş verə bilər. Belə olduqda ilkin təkmilləşmiş müayinəyə qədər ən azından nəbzin yoxlanılması vacibdir. Bəzən yuxarı təzyiq heç bir əlamət olmadan da davam edə bilər. Ona görə də ürək ağrıları zamanı, ilk növbədə, təzyiq ölçülməlidir.

Bəzən insanlar bu xəstəlik haqqında məlumatsız olduqlarına görə, əlamətlərə diqqət yetirmirlər. Məsələn, bu yaxınlarda 25 yaşlı bir xanım tez-tez əsəbləşmə ilə bağlı bizə müraciət edib. Müayinələrdən məlum oldu ki, xanımın təzyiqi 190/100-dür və onun həm böyrək, həm də kardioloji problemləri var. Onu da qeyd edim ki, xəstə həkimə müraciət edərkən son üç gündə vəziyyəti, yuxusu, qidalanması, dərman qəbulu və əsəb gərginliyi keçirib-keçirmədiyi barədə məlumat verməlidir".