Hər şirənin öz faydası var


Digərləri 14 Sen 2018 22:30:00 216 0

Hər şirənin öz faydası var

Təbii şirələr vitaminlər və mikroelementlərlə zəngindir. Sağlamlıq üçün çox faydalı olan bu içkilər immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanır. Əvvəlcə meyvə və ya tərəvəz sürtgəcdən keçirilir. Alınan kütlə bir neçə qat tənzif parçadan süzülür ki, bu da bütün vitamin və mikroelemenlərin şirədə qalmasını təmin edir.

Kök şirəsi insanın gözü və dərisi üçün faydalıdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir, həmçinin qastrit, kolit, enterokolit, mədə xorası xəstəliyinin simptomlarını aradan qaldırır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, qan təzyiqini yaxşılaşdırır və dərini təmizləyir. Diş və diş ətində də problem yarandığı zaman həmin şirədən istifadə etmək olar.

Çuğundur şirəsi qanı və damarları təmizləyir, hemoqlobinı artırır, toksinləri orqanizmdən xaric edir.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və onikibarmaq bağırsaq xorası zamanı çox faydalıdır, baş ağrılarını aradan qaldırır.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var və o, hemoqlobini artırmağa kömək edir. Uşaqlar üçün də bu şirə çox faydalı hesab olunur. Balqabaq şirəsi böyrək və qaraciyər xəstəliyi zamanı da xeyirlidir.

Dəmirlə zəngin olan alma şirəsi ağciyəri və böyrəkləri təmizləyir, həzm prosesini tənzimləyir, toksinləri bədəndən xaric edir.