ABŞ səfirliyi məcburi köçkün uşaqlar üçün kompüter kodlaşdırma kurslarına dəstək verib


Digərləri 14 Sen 2018 21:47:31 237 0

ABŞ səfirliyi məcburi köçkün uşaqlar üçün kompüter kodlaşdırma kurslarına dəstək verib

Ən yaxşı tətbiqlər üç mükafata layiq görüləcək - Coding Akademiyasında pulsuz təhsil, kompüter və smartfon.

Bakı. ABŞ-ın Bakıdakı səfirliyinin İctimai əlaqələr üzrə müşaviri Mişel Petersen Cəbrayıl rayon icra hakimiyyəti nümayəndələri və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə Bilasuvar şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə Gələcəyin Kodlaşdırılması proqramının sona çatmasını qeyd ediblər. ABŞ səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik tərəfindən maliyələşdirilən proqramın məqsədi 12-15 yaşlı məcburi köçkün məktəblilərinin əsas kodlaşdırma bacarıqlarını inkişaf etdirərək rəqəmsal iqtisadiyyata qatılmalarını təmin etməkdir.