Tanınmış aktrisa Yaşar Nuri üçün hönkürhönkür ağladı: "Arada sevgi, yarımçıq məhəbbət var idi" FOTO


Kriminal 14 Sen 2018 21:16:00 305 0

Tanınmış aktrisa Yaşar Nuri üçün hönkürhönkür ağladı: "Arada sevgi, yarımçıq məhəbbət var idi"  FOTO

Əməkdar artist Lətifə Əliyevanın Son.az-a müsahibəsi.

- Lətifə xanım, uzun müddətdir efirlərdə görünmürsünüz. Səhhətinizdə problemlərin olduğunu bilirik. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Ayaqlarım sözümə baxmır, evdə əsa ilə gəzirəm. 52 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram. Bəzən ürəyim elə darıxır bir də görürəm ki, teatrdayam. Tamaşa oynayanda ayağıma iynə vurdurub səhnəyə çıxıram. Bu günlərdə teatrda bir obraz oynadım. Bütün tamaşaçılar oturub hönkür-hönkür ağladı. Mən də seriala, filmə çəkilmək istəyirəm. İstedad necə olar ki? Hər dəfə mənə niyə bu maneçiliyi törədirlər? Heç olmasa bütün seriala çəkmirsən, 5-10 seriyasına çək! Mənim də qohum-əqrəbam var, mən də insanam. İnsan nə qədər suallara cavab verər? Bir seriala çəkilirlər, növbəti serialda yenə də həmin kollektivi görürük. Bu paxıllıq deyil, amma hər şeyin bir həddi var.

- Elə obraz olub ki, oynamaq istəmisiz amma qarşınızı kəsiblər?

- Əlbəttə, çox olub! Əgər mənə mane olmasaydılar bundan da çox obraz oynayardım. Mənə uyğun obrazları görürdüm ki, başqa aktrisalar oynayır. Halal xoşları olsun! Mən bu münasibətdən sadəcə incik düşürdüm.

- Bu günkü gündə bir çox seriallar çəkilir. Heç birindən sizə dəvət gəlməyib?

- Keçən il "Laləli saray" serialından mənə təklif gəlmişdi, getdim, rejissorla görüşdüm amma nədənsə alınmadı. Rejissor mənə demişdi ki, sizi çağıracaqıq. Ekranda gördüm ki, mənim yerimə başqası çəkilir. Sonradan eşitdim ki, orda kimsə deyib ki, Lətifə xanımın xasiyyəti yaxşı deyil, onu çəkməyin. İnsanlar doymur bu pislikdən? Küçədə məni görən deyir ki, gözümüz səni axtarır. Deyirlər ki, nə olar ki, bir obrazı da siz oynayın da. Mən bu cür insanları görəndə mənən əzab çəkirəm. O insanlara mən minnətdaram ki, məni mənim yadıma salırlar.

- Sənət yoldaşlarınızdan kimlər sizə baş çəkir?


Xəbərə aid fotolar