Azərbaycanlı dilənçinin üstündən çıxan pullar HAMINI ŞOKA SALDI


Dünya 14 Sen 2018 20:44:00 325 0

Azərbaycanlı dilənçinin üstündən çıxan pullar HAMINI ŞOKA SALDI

İstanbulun Pendik qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı olan dilənçinin üzərində aşkarlanan pullar hər kəsi təəccübləndirib.

Son.az publika.az-a istinadən bildirir ki, İstanbulun Asiya hissəsindəki "Sabiha Gökçen" hava limanında fəaliyyət göstərən dilənçinin üzərindən bir çox valyutadəyişmə məntəqələrində də tapılmayan əskinaslar olub. Belə ki, dilənçinin ciblərindən və paltarının digər hissələrindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı xeyli İran rialı, Səudiyyə Ərəbistanı reyalı, Küveyt dinarı, Qatar riyalı, BƏƏ dirhəmi, Oman, Livan, Liviya, İsveç pulları, hətta Nepal valyutası götürülüb.

Bundan başqa, həmyerlimizin üzərindəki pullar arasında Sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, Rusiya rublu da olub. Maraqlıdır ki, polislər bəzi valyutaların hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər və mütəxəssislərə müraciət edilib.