Qalın və qüsursuz saçlara bu üsulla sahib olun


Digərləri 14 Sen 2018 20:48:00 305 0

Qalın və qüsursuz saçlara bu üsulla sahib olun

Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi onun tökülməsini sürətləndirir.

Son.az axşam.az-a istinadən saçlarınızın tökülməsinin qarşısını alan və qalınlaşdıran bir neçə məsləhəti təqdim edir:

Yatmazdan əvvəl başın dərisini masaj edin. Bunun üçün xüsusi masaj daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək.

Müntəzəm olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə üstünlük verilməlidir. Ən yaxşısı - təbii maskalar düzəltməkdir. Həm də təbii yolla düzələn maskalar daha effektiv olur. Saça parıltı və gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun