İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib


Digərləri 14 Sen 2018 20:44:00 281 0

İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.

Bakı. Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Y.Abdullayev İxracatçılar Klubunun fəaliyyəti, klub tərəfindən ixracatçılara dəstək məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.