Səfir: Meksika bu il Azərbaycanla ticarət dövriyyəsində artım gözləyir


Digərləri 14 Sen 2018 20:49:00 241 0

Səfir: Meksika bu il Azərbaycanla ticarət dövriyyəsində artım gözləyir

Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2018-ci ildə 25 milyon dollara çata bilər.

Bakı. Ləman Zeynalova - Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2018-ci ildə 25 milyon dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə Meksikanın müstəqilliyi gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib. Səfir qeyd edib ki, 1992-ci ildən 2014-cü ilədək iki ölkə arasında illik ticarət dövriyyəsi cəmi 1,2 milyon dollar təşkil edib, son üç ildə isə bu göstərici səkkiz dəfə artaraq 9,6 milyon dollara çatıb. Diplomat əlavə edib ki, Azərbaycanla Meksika arasındakı dostluq əlaqələri getdikcə genişlənir.