Bin Ladeni öldürən şəxs: "Bombalarla yox, təhsillə qalib gələ bilərik"


Dünya 14 Sen 2018 20:40:00 290 0

Bin Ladeni öldürən şəxs: "Bombalarla yox, təhsillə qalib gələ bilərik"

2011-ci ilin may ayında Əl Qaidə lideri Usama Bin Ladeni öldürən ABŞ əsgəri Robert Oneill əməliyyat barədə danışıb.

Son.az qaynarinfo.az-a istinadən bildirir ki, 42 yaşlı təqaüdə çıxmış hərbçi olan Robert hadisə zamanı Bin Ladenin yanında 2 yaşlı oğlu olduğunu deyib və maraqlı açıqlama ilə diqqəti çəkib:

"Mən də atayam və körpənin hadisə ilə heç bir əlaqəsi yoxdur, heç kimin belə bir şey yaşamamasını diləyirəm. Dini radikalizmlə müharibəyə mərmi və bombalarla yox, təhsillə qalib gələ bilərik. Etdiyim şeyin həyatımda ən yaxşı, yoxsa ən pis əməl olduğuna əmin deyiləm".