Ayın ətrafında dövr edəcək ilk turistin adı açıqlanacaq


Dünya 14 Sen 2018 20:28:00 241 0

Ayın ətrafında dövr edəcək ilk turistin adı açıqlanacaq

"SpaceX" kompaniyası Ay ətrafında səyahətə yollanacaq ilk kosmik turistinin adını açıqlayacaq.

Son.az "İnterfaks"a istinadən xəbər verir ki, turistin adı sentyabrın 17-də keçiriləcək xüsusi tədbirdə elan ediləcək.

Turisti aparacaq kosmik gəmi ağır "Big Falcon Rocket" raketi ilə fəzaya qalxacaq. O, iki hissədən ibarətdir. Onlardan biri gəmini orbitə çıxaracaq, digəri isə Ay ətrafında dövrə vuracaq.