Yatmazdan əvvəl bunları edin


Digərləri 14 Sen 2018 20:00:00 274 0

Yatmazdan əvvəl bunları edin

Evə gələndə bütün günün yorğunluğunu atmaq üçün yatmaq istəyi yaranır. Amma daha vacib məsələlərdən biri də üz dərinizin səhər açılanda parlaq və ürəkaçan olmasıdır. 

Son.az axşam.az-a istinadən, yatmazdan əvvəl etməli olduğunuz bur neçə qaydanı təqdim edir:

Makiyajı dərhal təmizləyin Sağlam dəri üçün mütləq makiyajı təmizləməlisiniz. Dəri tipinizə uyğun vasitələrdən istifadə daha məqsədəuyğundur. Cildinizə ziyan vurmadan 30 saniyə boyunca dərini ovaraq təmizləməyə çalışın.

Üzünüzü yuyarkən diqqətli olun Üzünüzü ilıq su ilə yuyun. İlıq su qan axışını tənzimləyir və dərinin canlı görünməsinə imkan yaradır.

Dərini qurulamağa diqqət edin Dərinizi yuduqdan sonra təzə dəsmalla qurulayın. Sərt hərəkətlərdən istifadə etməyin.

Maska istifadə edin Yorulan və kirlənən dərinizi rahatlaşdırmağa maskalar yardımçı olacaq. Dəri tipinizə uyğun maskalar işlədin.