Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb


Digərləri 14 Sen 2018 20:04:00 261 0

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz, kartof - 15,5 faiz, bitki yağları - 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 2,0 dəfə, meyvə və tərəvəz konservləri - 23,5 faiz, polietilen - 10,9 faiz, emal olunmamış alüminium - 18,5 faiz, pambıq lifi - 66,9 faiz, qara metallardan borular - 10,2 faiz, pambıq ipliyi - 23,1 faiz artıb, təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər - 44,7 faiz, meyvə və tərəvəz şirələri - 15,2 faiz, tütün - 20,1 faiz, çay - 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 7,8 faiz, qara metallardan yarımfabrikatlar - 70,9 faiz, bentonit gili - 3,2 faiz azalıb.