Yəməndə hərbi helikopter qəzaya uğrayıb


Dünya 14 Sen 2018 19:44:00 301 0

Yəməndə hərbi helikopter qəzaya uğrayıb

Yəmənin şərqində ərəb koalisiyasının helikopteri qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində pilot və onun köməkçisi həlak olub.

Qəzaya texniki nasazlığın səbəb olduğu deyilir.

Hadisə Yəmənin Omanla sərhədində yerləşən əl-Mahra əyalətində baş verib. Helikopter hərbi missiyanı həyata keçirərkən qəzaya uğrayıb.