Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib


Siyasət 14 Sen 2018 19:37:00 46 0

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib

Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin kollektivinə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Sizi "Azərbaycan" qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən "Azərbaycan" qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan" qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan" qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, "Azərbaycan" qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".

Son.az 

Elmar Məmmədyarov BMTnin Təlim və Tədqiqatlar İnstitutunun icraçı direktorunu qəbul edib like
  • 14 Sen 19:36  
Siyasət Elmar Məmmədyarov BMTnin Təlim və Tədqiqatlar İnstitutunun icraçı direktorunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Təlim və Tədqiqatlar İns

arrow Ətraflı
Hazırda paytaxtın bu küçələrində sıxlıq var (SİYAHI) like
  • 14 Sen 19:33  
Digərləri Hazırda paytaxtın bu küçələrində sıxlıq var (SİYAHI)

Sıxlıqla əlaqədar olaraq şəhərin mərkəzi hissəsində hərəkət edən

arrow Ətraflı
Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarını təltif edib like
  • 14 Sen 19:32  
Siyasət Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev "Azərbaycan" qəzeti əməkdaşlarının &qu

arrow Ətraflı
Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib like
  • 14 Sen 19:31  
Digərləri Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivinə təbrik mək

arrow Ətraflı
Prezident İlham Əliyev “Azərbaycan”qəzetinin əməkdaşlarını təltif edib like
  • 14 Sen 19:28  
Digərləri Prezident İlham Əliyev “Azərbaycan”qəzetinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev “Azərbaycan” qəzeti əməkdaşlarının “Tərə

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 14 Sen 19:28  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsind

arrow Ətraflı
Paşinyana qarşı daha bir səs yazısı olacaq like
  • 14 Sen 19:24  
Dünya Paşinyana qarşı daha bir səs yazısı olacaq

Mənim fikrimcə plan belə olub. Bu tip səs yazısı yayıldıqdan sonra Milli

arrow Ətraflı
Leyla Ramazanlıdan yeni like
  • 14 Sen 19:20  
Şou-biznes Leyla Ramazanlıdan yeni

İfaçı Leyla Ramazanlı yeni fotosessiyasını təqdim edib.

arrow Ətraflı
Bəxtiyar Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib like
  • 14 Sen 19:17  
Siyasət Bəxtiyar Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Bəxtiyar Sadıqovun "Şöhrət" ordeni ilə

arrow Ətraflı
Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib like
  • 14 Sen 19:13  
Digərləri Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib

Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə

arrow Ətraflı
Kübra Əliyeva rəhmətə gedən oğlundan danışıb kövrəldi like
  • 14 Sen 19:12  
Şou-biznes Kübra Əliyeva rəhmətə gedən oğlundan danışıb kövrəldi

"Xəzər TV"də əməkdar jurnalist Xoşqədəm Hidayətqızının tə

arrow Ətraflı
Bəxtiyar Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib like
  • 14 Sen 19:08  
Digərləri Bəxtiyar Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Bəxtiyar Sadıqovun “Şöhrət” ordeni ilə təlti

arrow Ətraflı