Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib


Digərləri 14 Sen 2018 19:13:50 332 1

Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib

Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Bakı. Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 1931-ci ildə fəaliyyət göstərən Naxçıvan Tibb Kolleci 8 ixtisas üzrə tələbə hazırlığı aparır və muxtar respublikanın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcək. 4 mərtəbəli binadan ibarət kollecin yenidənqurma işlərindən sonra binanın bünövrəsi möhkəmləndirilib, fasadı yenilənib, müasir tədris şəraiti yaradılıb. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinetləri, müayinə otaqları, kitabxana və iclas zalı, 2 kompüter otağı, müəllimlər otağı, Heydər Əliyev adına lektoriya, şahmat otağı, 13 auditoriya, 9 mühazirə zalı, hərbi kabinet, idman zalı, bufet və arxiv var.