Şəmistan Əlizamanlı “Azadlıq” marşı ilə coşdurdu


Digərləri 14 Sen 2018 19:04:00 328 0

Şəmistan Əlizamanlı “Azadlıq” marşı ilə coşdurdu

Şair Elçin Mirzəbəylinin müəllifi olduğu "Azadlıq" marşı yeni oranjemanda dinləyicilərinə təqdim olunub.

Son.az yenicag-a istinadən xəbər verir ki, marş 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100" mövzusunda konfransının bədii hissəsində səsləndirilib.

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının təqdim etdiyi marş Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılması ilə müşayiət olunub, çoşğu ilə qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyilə ilə baş tutub.