Poqba nə üçün gözləməyi üstün tutur?


İdman 14 Sen 2018 18:47:00 297 0

Poqba nə üçün gözləməyi üstün tutur?

Manchester United-in futbolçusu Pol Poqbanın baş məşqçi Joze Mourinyo ilə problemlər yaşadığı barədə xəbərlər İngiltərə mediasının sevimli mövzularından birinə çevrilib. Fransalı havbek Barcelona-da oynamaq arzusundadır.

Goal.az xəbər verir ki, Poqbanın agenti onu yenidən Juventus-a təklif edib. “Qoca sinyora”nın 25 yaşlı yarımmüdafiəçi üçün istənilən məbləği ödəməyə hazır olduğu, bu barədə futbolçunun meneceri Mino Rayolaya da məlumat verildiyi bildirilir.

Poqba isə “Qırmızı şeytanlar"la davam etmək istəməsə də, Zinəddin Zidanın bura gələcəyi ilə bağlı yayılan iddialardan sonra gözləməyi üstün tutur.

2016-cı ildə 105 milyon avro müqabilində Juventus-dan transfer olunan 25 yaşlı futbolçu, son iki mövsümdə onun üçün ödənilən pulun qarşılığını verməməkdə ittiham olunur.