“Dikdaban” Bir kişi üç qadına qarşı


Şou-biznes 14 Sen 2018 18:36:00 387 0

“Dikdaban”  Bir kişi üç qadına qarşı

İctimai Televiziya və Radio Yayımları Şirkəti tam fərqli formatlı verilişləri ilə yeniliklərə imza atır.

Son.az xəbər verir ki, Telekanalın İctimaiyyətlə Əlaqələr Departamentindən baku.ws-ya verilən məlumata görə, bu sırada "talk-show"lar xüsusi yer alacaq.

Həftə içi hər gün səhər saatlarında üç xanım aparıcı 120 dəqiqə ərzində müxtəlif mövzuları müzakirə edəcəklər.

"Dikdaban" adlı verilişin özəlliyi isə ondadır ki, üç qadın aparıcının canlı efirdəki qonağı daha çox kişilər olacaq - bir kişi qonaq üç qadın aparıcıya qarşı.

Proqramın məqsədi ölkədə və dünyada gündəm olan maraqlı mövzuları müzakirə etmək, mədəniyyət, dəb, sağlamlıq haqqında maariflləndirici məlumatları efirə daşımaq, həmçinin sosial şəbəkə prioritetlərinin nəbzini tutmaqdır.