Azərbaycanda sonsuz qadınların sayı iki dəfə artıb


Digərləri 14 Sen 2018 18:08:00 280 0

Azərbaycanda sonsuz qadınların sayı iki dəfə artıb

Son 12 ildə Azərbaycanda sonsuz qadınların sayı təqribən iki dəfə artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb.

2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208, 2017-ci ildə 2 097 olub.

Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7, 2017-ci ildə 43 nəfər olub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trend-ə bildirilib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Bunun səbəbi sonsuzluğun çoxalması ilə izah edilir.