Misirdə polislərə saqqal saxlamaq qadağan edildi


Digərləri 14 Sen 2018 17:52:00 292 0

Misirdə polislərə saqqal saxlamaq qadağan edildi

Misir məhkəməsi polis əməkdaşlarına saqqal saxlamağı qadağan edib.

Son.az Trend-ə istinadən bildirir ki, 6 ildir ki müzakirə mövzusu olan, mübahisələrə yol açan müvafiq qərar hökumətin tələbinə əsasən polisin dünyəvi institut kimi qalması ilə əlaqədar qəbul edilib.

Hakim Məhəmməd Mahir Əbdül-İnein deyib ki, saqqal xidmətdə olan şəxsin fəaliyyəti qadağan edilmiş siyasi və terror təşkilatına aid olduğunu göstərə bilər.