Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb


Digərləri 14 Sen 2018 17:53:22 232 0

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.

Bakı. Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb. Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.