Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdü


Digərləri 14 Sen 2018 17:42:00 235 0

Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdü

Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze ilə görüşüb.

Son.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasından keçirilmiş görüşdə Ə.Amaşov qonağı salamlayaraq ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Deputat dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, əməkdaşlıq üçün yeni imkan və şərtlərin mövcudluğunu bildirərək parlamentlərarası əlaqələrin bunu dəyərləndirmək baxımından vacib platforma olduğunu dilə gətirib, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstana bir neçə ay öncə gerçəkləşmiş səfərinin faydalı tərəflərinə toxunub.

Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan Ə.Amaşov əlavə edib ki, bütün beynəlxalq səviyyəli toplantılarda hər iki ölkənin bir-birinin maraqlarını müdafiə etməsi, bu xüsusdakı prinsipiallığı və ardıcıllığı son dərəcə vacib məqamdır.


Xəbərə aid fotolar