Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq


Digərləri 14 Sen 2018 17:43:00 323 0

Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq

Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.