Rusiyalı Azərbaycana bir milyon manatlıq taxta gətirmək istədi


Digərləri 14 Sen 2018 17:48:00 271 0

Rusiyalı Azərbaycana bir milyon manatlıq taxta gətirmək istədi

Rusiyanın Tomsk bölgəsinin hüquq-mühafizə orqanlarında qaçaqmalçılıqda şübhəli bilinən yerli iş adamına qarşı cinayət işi başlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Həmin iş adamı saxta sənədlərlə Azərbaycan və Özbəkistana 10 min kubmetr həcmində taxta-şalban göndərmək istəyib. Qaçaqmalın ümumi dəyərinin 40 milyon rubl (təxminən bir milyon manat) olduğu bildirilib.