Prokuror Şamaxıda ögey anasını öldürənin məcburi müalicəyə göndərilməsini istədi


Digərləri 14 Sen 2018 17:33:00 202 0

Prokuror Şamaxıda ögey anasını öldürənin məcburi müalicəyə göndərilməsini istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib. Dövlət ittihamçısı R.Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib. Proses sentyabrın 21-dək təxirə salınıb.