Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Ümumdünya Köçəri Oyunlarında böyük maraq doğurdu


Kriminal 14 Sen 2018 17:14:00 311 0

Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Ümumdünya Köçəri Oyunlarında böyük maraq doğurdu

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Turan" kolleksiyası Çolpon-Ata  (Qırğızıstan) şəhərində keçirilmiş III Ümumdünya Köçəri Oyunlarında böyük maraq doğurub.

Son.az xəbər verir ki, səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəvəti əsasında təşkil edilib.

"Turan" kolleksiyası müasir uslubda olan 10  milli geyim nümunəsindən ibarət olub. Kolleksiya "Köçərilərin kainatı" beynəlxalq etnomədəniyyət festivalı çərçivəsində Issık-Kul gölünün sahilində yerləşən Nomad amfiteatrında təqdim olunub.

G. Xəlilova Trend-ə bildirib ki, Ümumdünya Köçəri Oyunlarında 50 ölkə öz mədəniyyətini təqdim edib: "Min yurddan ibarət etnik şəhərcik əsas mədəniyyət meydançası oldu. Şəhərcik gözəl mənzərəli Kırçın yüksək dağ dərəsi boyu uzanır. Etnoşəhərin qonaqları köçəri tayfaların hərəkətinin qızıl dövrünə aid yenidən yaradılmış zəngin məskun yeri obrazını öz gözləri ilə görə bildilər. O öz işinə rəngarəng səhnələşdirilmiş tamaşa ilə başladı. Ümumdünya Köçəri Oyunlarında Azərbaycan mədəniyyətini təmsil etmək mənim üçün böyük fəxriydi. Kolleksiya qonaqların böyük marağına səbəb oldu, nümayişdən sonra insanlar yaxınlaşaraq öz heyranlıqlarını ifadə edirdilər".