Goranboyda sürücü və mühafizəçi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb - YENİLƏNİB


Sosial 14 Sen 2018 17:07:00 301 0

Goranboyda sürücü və mühafizəçi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb - YENİLƏNİB

Fakt üzrə araşdırmalar davam etdirilir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə,Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati, Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-dən 12-nə keçən gecə ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına naməlum şəxs və ya şəxlər mağazanın gizli yolu ilə (kamera nəzarəti olmayan yerdən) daxil olaraq oradakı seyfdən 17.000 ABŞ dolları məbləğində pul oğurlayıb. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman sərhədə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***12:44

Bakı. 14 sentyabr.