Şamaxıda ağır qəza:


Digərləri 14 Sen 2018 16:57:00 216 0

Şamaxıda ağır qəza:

Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi "Nissan" və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi "UAZ" markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.