Tehran metrosunda şok: Qız başını açıb, axunda...


Digərləri 14 Sen 2018 16:59:00 322 0

Tehran metrosunda şok: Qız başını açıb, axunda...

Tehran metrosunda gənc bir qadın baş örtüyünü açaraq, axunda etiraz edib.

Son.az axar.az-a istinadən bildirir ki, qatarın gəlməsini gözləyən qız yanında oturan bir axunddan və qara çarşablı qadından çəkinmədən baş örtüyünü açıb. Bundan sonra axundun və qara çarşablı qadının etirazı ilə qarşılaşıb. Onlar həmin xanıma yaxınlaşaraq, hədə-qorxu gəldikdən sonra hicabını geyinməsini tələb ediblər. Baş örtüyünü açmış qadın üzünü axunda tutaraq, onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib.

İstədiyi kimi geyinmə haqqı olduğunu, heç kimin onun necə geyinəcəyinə diktə edə bilməyəcəyini dilə gətirən qız, digər sərnişinlər tərəfindən də dəstəklənib.

Onun tutulub-tutulmaması ilə bağlı məlumat yoxdur.