Əfqanıstanda 70dək silahlı məhv edilib


Dünya 14 Sen 2018 15:49:00 192 0

Əfqanıstanda 70dək silahlı məhv edilib

Son 24 saat ərzində Əfqanıstanda ordu və təhlükəsizlik qüvvələrinin aviasiyanın dəstəyi ilə keçirdiyi birgə əməliyyatlar zamanı azı 67 silahlı öldürülüb, 28 nəfər yaralanıb.

Son.az report-a istinadən bildirir ki, Əfqanıstan Müdafiə Nazirliyindən bildirilib ki, sözügedən müddət ərzində ümumiyyətlə, 12 hücum əməliyyatı icra olunub, Hərbi Hava Qüvvələri tərəfindən isə müxtəlif yerlərdə hökumətə qarşı vuruşan dəstələrin mövqelərinə 12 hava zərbəsi endirilib.