Fatmayidə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək


Digərləri 14 Sen 2018 15:23:00 213 0

Fatmayidə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası bu dəfə Abşeron rayonu, Fatmayi kəndində keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası bu dəfə Abşeron rayonu, Fatmayi kəndində keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, sakinlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən yaralanmaq üçün Fatmayı kəndi, Qara Qarayev küçəsi, 183 (Fatmayi İcra Nümayəndəliyinin yanında) ünvanındakı mobil ofislərə müraciət edə bilər. Aksiya çərçivəsində hər kəs 17-21 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanacaq.