Nazirdən kəndlərdə işləyən müəllimlərlə bağlı açıqlama


Digərləri 14 Sen 2018 14:56:00 258 0

Nazirdən kəndlərdə işləyən müəllimlərlə bağlı açıqlama

Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stumullaşdırma tədbirləri tətbiq olunur.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər müsbət nəticələr verib. Ötən tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb.

C.Bayramov əlavə edib ki, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunur.